Bilgi

Motivasiya məktubu nə ucundur? Nə kimi önəmi var və necə yazilmalidir .Hansi texnikalardan istifadə olunmalidir .Nələrə diqqet etmək gərəkdir .Calişin motivasiya məktubunu qrammatik cəhətdən düzgun yazin .Öz ifadələrinizi istifadə edin

 0
Bilgi

Bir daha salam .???? Bir post daha ..

Motivasiya məktubu necə yazılmalıdır?

Adından göründüyü kimi motivasiya məktubu sizin müraciət etdiyiniz vəzifəyə həvəsinizi əks etdirməlidir. Uğurlu məktub yazmaq üçün aşağıdakı texnikalardan istifadə edə bilərsiniz.

Məktubu giriş, əsas hissə və nəticə olaraq 3 abzasa bölün. Əsas hissənin özünü də fikrinizdə bir neçə hissədə(hərəsi 1-3 cümləlik) düşünün.

İlk abzasda özünüz haqqında məlumat verin. Çalışın ki, motivasiyanızı həyatınızda kiçik bir hekayə ilə əsaslandırasınız.

Müraciət etdiyiniz yeri yaxşı araşdırıb seçdiyinizi göstərən bir neçə cümlə əlavə edin. Həmin layihədən gözləntilərinizi, orada nə edəcəyinizlə bağlı planlarınızı qeyd edin.

Gerçəkçi olun. Ən yaxşı məktub sizin həqiqi hisslərinizi və məqsədlərinizi ifadə edəndir. Çalışın ki, şablonlardan, motivasiya məktubu yazan qurumlardan yox, öz kreativliyinizdən istifadə edəsiniz.

Məktub qrammatik cəhətdən tam dəqiq yazılmalıdır. Kiçik bir səhv haqqınızda mənfi rəy yaratmaq üçün kifayət olacaq.

Nəticə hissəsində məktub boyu yazdığınız fikirləri ümumiləşdirib yazın. Motivasiyanızı göstərməklə yanaşı seçilməyinizin sizin üçün niyə vacib olmağını da qeyd edə bilərsiniz.

Məktubun sonuna təşəkkür hissəsi əlavə edə bilərsiniz.(vacib deyil) “Məktubumu oxuduğunuz üçün təşəkkür edirəm! Cavabınızı və Kollecinizdə təhsil almağı səbirsizliklə gözləyirəm.” 

Şablon kimi istifadə edə biləcəyiniz məktub nümunələri. (4-cü qaydanı unutmayın????)

Senin Tepkin Nedir?

like

dislike

love

funny

angry

sad

wow