Biznes
Salam dəyərli oxucular necesiz? Bu gundə gozəl bir movzu ile qarşinizdayiq .İnaniram ki ,maraginiza səbəb olacaq tur movzulardandir. Movzu ponzi sistemidir .Az pulla qoşulub sonradan qazanx gətirən biznes şəbəkələri; xoş oxu saatlari dileyirəm

Piramida/ponzi sistemi nədir?
Yəqin ki, siz də nə vaxtsa az pulla qoşulub sonradan qazanc gətirən biznes şəbəkələri haqqında eşitmisiniz. İnsanlar sistemə daxil olmaq üçün müəyyən qədər pul ödəyir, hər ay faiz olaraq pul alıb məmnun qalırlar. Bu tip sistemlər, piramida, səadət zənciri kimi bir neçə adla məşhurdur. Ponzi və piramida tam eyni olmasa da, təxmini aşağıdakı formada işləyir.
Bu sistemlərdə qazanan sadəcə piramidanən başında dayanan biznes yaradıcısı olur, insanların güvənini qazandıqdan sonra pulu alıb işi dayandırır. Belə ki, hər ay ödənən faizlər əslində yeni gələnlərin ilkin investisiyasından maliyyələşir, heç bir istehsal olmur. Xərc çəkməyən biznes sahibi insanların ilk aylar aldıqları faizdən sonra sistemi reklam etməsi və əziyyətsiz pul qazanmaq istəyənlərin qoşulması nəticəsində yüksək miqdarda pul qazanır, qatılım dayananda isə sistem çökür və piramidanın aşağısında dayananlar pul itirir.
Sistemin daha yaxşı izahı üçüb Babil serialından olan bu hissəni izləyə bilərsiniz:
https://youtu.be/j8QNnFf5gL8
Bu sistem, dünyanın əksər ölkələrində(Azərbaycan daxil olmaqla) qadağandır, bəzən biznesin formatını təqdim etmək üçün malların satışı da təklif edilsə də, piramida sistemi olduğu kimi qalır. Əgər kimsə, sizdən müəyyən pul müqabilində hansısa işə qoşulmaq və işləmədən qazanc təklif edib sizi cəlb etmək istəsə, qətiyyən aldanmayın. Unutmayın ki, havayı pendir ancaq tələdə olur. ????
Senin Tepkin Nedir?






