Hekayə
Simurq Quşu. Salam əziz oxucular necesiz? Umid edireəm bu hekayəni bəyənərsiz .gözəl həfdə sonu kecirməyiniz diləyi ilə ????

????Simurq (Zümrüdü Anka, Phoenix, Tanniao və ya Cənnət quşu) əfsanəsi
Quşların şahı, ən güclüsü, ən ağıllısı, ən uzaqgörəni - Simurq. Kaf dağının zirvəsində, ulu bilgi ağacında yaşayırmış. Deyirlər ki, bu ağıllı quş, öləcəyi anı da hiss edib yeni yuvasını günəşin birbaşa düşdüyü ağac budaqlarında düzəldir. Günəşin qızmar şüaları yuvanı vurub yandırır, Anka da yuvası ilə birgə yanıb daha sonralar öz küllərindən təkrar doğulur.
Bütün quşlar, Simurqun qüdrətinə sonsuzadək güvənər, çətin, içindən çıxılmaz vəziyyətlərdə onun ortaya çıxıb hər şeyi yoluna qoyacağına inanardı. Ancaq o zamana qədər Simurqu görən, eşidən heç bir canlı olmayıb.
????Elə bir dövr gəlir ki, Quşlar Diyarında vəziyyət gündən-günə pisləşir, xaos çıxılmaz hal alır. Topluma kömək lazımdır, ancaq Simurqdan səs-səda yoxdur. Quşların ona olan inamı qırılıb, ümidsizliklə sonu gözləyir. Ta ki aralarından biri "Bəlkə, onun heç xəbəri yoxdur bizim vəziyyətimizdən? Biz özümüz onun yanına getməliyik" deyənə qədər.
@
Senin Tepkin Nedir?






