İdman

İdman .saglamliq ,hobbi ,gozellik. Hansi idman novu ile meşgul olmaliyiq? Əzələ yigmaqmi istiyirsiz? Özunuzu gumrahmi hiss etmek istiyirsiz? Ya cəki atmaqmi istiyirsiz? Bu suallara daha ətrafli aşagidaki postumuzda cavab tapa bilersiz .????

 0
İdman

İdman haqqında çox lazımlı bilgilər.(bir az uzundur və məlumat almaq üçün çox yaxşı yazıdır.)

Hansı idmanla məşğul olmalıyam ? Qaçış, Bodybuilding ? Ağırlıq Qaldırma ? Crossfit ? Yoga ? Plates ? 

İnsanları (xüsusən gəncləri və gənc görünmək istəyənləri ) ən çox maraqlandıran suallardan biridir. Məqsədinizdən asılı olaraq bu sualın cavabı fərqli olacaqdır :

1. Əgər əzələ kütləsini artırmaq və daha estetik görünmək istəyirsinizsə və eyni zamanda qaçmağa yaxud başqa performans idmanı etməyə həvəsiniz yoxdusa bodybuildinglə məşğul olmalısınız. Bodybuilding - Vücut Geliştirme dedikdə , trenajor zallarındakı çəki daşları, ştanq və digər cihazlarla (free weights) yaxud evdə öz vücud ağırlığınızla (bodyweight) müxtəlif idman hərəkətlərinin yerinə yetirilməsi başa düşülür (təbii ki qidamıza və yuxu rejimimizə diqqət yetirməliyik). 

2. Əgər əzələdən daha çox siz çeviklik, dayanaqlılığınızı (müəyyən bir hərəkəti uzun müddət yerinə yetirmək bacarığı - strength) artırmaq istəyirsinizsə Crossfitlə məşğul ola bilərsiniz. Crossfit müxətəlif idman növlərinin birləşimidir. Məsələn, istirahətsiz şəkildə 5 dəfə ağırlıq qaldırdıb, sonra 100 metr qaçmaq, sonra isə kəndirlə yuxarı dartınmaq.

3. Əgər siz güclü olmaq istəyirsinizsə Powerlifting - Ağırlıq Qaldırma idmanı ilə məşğul olmalısınız. Bodybuildingdən fərqi odur ki Bodybuildingdə əsas məntiq müəyyən ağırlığı daha çox qaldırıb əzələləri yormaqdır (loading muscles). Powerliftingdə isə maksimum ağırlığı qaldıra bilməyə çalışırsınız. Təbii ki Powerliftinglə məşğul olan idmançılar daha yüksək ağırlıqla çalışa bilirlər (amma professional bodybuilderlər onlardan heç də geri qalmırlar). 

4. Əgər Yüngül Atletik idman növləri ilə məşğul olmaq istəyirsinizsə, və eyni zamanda əzələ inkişafına da önəm verirsinizsə Cüdo (Judo), Ciu-Citsu (Jiu Jitsu), Üzgüçülük, Basketball, Boks tövsiyyə olunan idman növləridirlər 

5. Sadəcə özünüzü gümrah hiss etmək istəyirsinizsə Plates, Yoga ilə məşğul ola bilərsiniz (xüsusən qadınlar). Bu tip idman növləri əzələnin inkişafından daha çox elastik (esnek - flexible) olmasına kömək etdiyi üçün, Kişilərin daha çox yuxarıda qeyd etdiyim performans idmanlarına yönəlməsi məqsədə uyğundur. 

 

Senin Tepkin Nedir?

like

dislike

love

funny

angry

sad

wow