Piskoloji
Salam dəyərli oxucular necesiz? Bu gunku movzumuz Zehin korlugu haqqinda olacaq .Umid edirəm maraginiza səbəb olacaq bir məqalə olacaq

???? Heç nəyi təsəvvür edə bilmədiyiniz bir xəstəlik düşünün : Afantaziya - "Zehin Korluğu" !
• Mürəkkəb və mükəmməl işləyişli beynimiz sayəsində gördüyümüz, eşitdiyimiz hər şey, iyləyərək, toxunaraq, yaxud dadını alaraq - bir sözlə, duyğu üzvlərimizlə əldə etdiyimiz istənilən informasiya bizdə bir düşüncə, fikir formalaşdırır. Həmçinin bu düşüncəyə uyğun daha öncədən xatırladığımız yaxud təxmin etdiyimiz bir təsəvvür, görüntü.
????Daha sadə dillə desək, sizə alma desəm, gözünüzdə dərhal bu meyvənin - almanın görüntüsü canlanacaq. Onun ölçüsü, rəngi, vəziyyəti və s. parametrlər isə artıq şəxsi xarakterinizdən, həmin obyekt barədəki keçmiş pis / yaxşı təcrübələrinizdən və hazırkı psixi durumunuzdan asılıdır. Ancaq istənilən halda mütləq bir görüntü formalaşacaq.
• Afantaziya fenomeni isə insanların gördükləri yaxud eşitdikləri şeylər barədə zehinlərində heç bir təsəvvür, heç bir görüntü yarada bilməməsidir. Təxəyyül zil qaranlıq otaqdan fərqsizdir.
Senin Tepkin Nedir?






